SOCAR Petkimdəki payını sərfəli qiymətə satır
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) fevralın 5-də "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini satışa çıxarır. Bu haqda Türkiyənin “Bu gün” dərgisi məlumat yayıb. Məlumatı SOCAR-dan da təsdiqləyiblər.
Türk mediasının xəbərlərinə görə, “BCM Global Fund Ltd” şirkəti SOCAR-ın payının alıcısı iddiasındadır.Satışa 34 mln səhm çıxarılacaq ki, bunların da hər birinin nominal qiyməti 4 lirədir (136 mln TL və ya təqribən $56,6 mln).
Qeyd edək ki, “Petkim”in səhmlərinin satışa çıxarılması haqda məlumat yayılandan sonra onun səhmlərinin qiyməti hərraclarda 2 bənd artıb.
Buna səbəb biznesin holdinqə olan marağıdır. Belə ki, ”Petkim” 2014-cü ili 2013-cü ilə nisbətən mənfəət baxımından uğurla başa vurub. Bu haqda hələ rəsmi məlumat olmasa da, ancaq ilin I yarısının göstəricilərinə əsasən deyə bilərik ki, holdinqin dövriyyəsi 2,44 mlrd TL təşkil etmişdi, onun mənfəəti isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 11 dəfə artmışdı.
Turan başqa bir məqamı da diqqətə çəkmək istəyir ki, SOCAR Petkimə 2008-ci ildə sahib olan zaman onun səhimlərini 1,2 TL-dən əldə etmişdi.
Hazırda SOCAR-ın holdinqdə payı 61,32%-di. Satışdan sonra isə payın 57,92%-dək azalacağı gözlənilir. –12B--
-
- Cəmiyyət
- 4 Fevral 2015 17:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz