- İqtisadiyyat
- 8 Noyabr 2012, 23:03
- 205
SOCAR prezidenti Gürcüstana gedir
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev noyabrın 9-da Tiflisə işçi səfər edəcək. Bu haqda şirkət prezidenti özü ANS TV kanalına müsahibəsində bildirib.
Abdullayevin sözlərinə görə, səfər çərçivəsində onun Gürcüstanın yeni çeseçmilmiş Baş naziri Bidzina İvanişvili ilə görüşü planlaşdırılıb. Görüşdə qarşılıqlı maraq doğuracaq məsələlərin müzakirə ediləcəyi güman edilir.
Qeyd edək ki, Gürcüstanda oktyabr ayının ortasından yeni hakimiyyət formalaşandan sonra SOCAR Energy Georgia şirkətinə qarşı KİV-lərdə materiallar yer yalmağa baışayıb. Bunları qaynaqlandıran isə yeni hökumətin üzvlərinin müxtəlif yöndə açıqlamalarıdır. Məsələn, nədən Gürcüstanda SOCAR qazı və avtomobil yanacağını bu qədər baha satır, Gürcüstan vətəndaşları niyə inkişaf etmiş ölkələrdəki qiymətə enerji daşıyıcılarına vəsait ödəməlidirlər, SOCAR Energy Georgia şirkətinin bu ölkədə fəaliyyətini hədsiz genişləndirilməsi Prezident Mixail Saakaşviliyə yaxın adamların himayəsi ilə mümükün olub və sair.
SOCAR prezidenti isə mətbuata açıqlamasında bir neçə dəfə bəyan edib ki, şirkətin qonşu ölkədə fəaliyyəti ilə bağlı yeni hökumətlə hər hansı bir problemləri yoxdur. --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz