- İqtisadiyyat
- 19 İyun 2015, 14:07
- 214
SOCAR qazı Gürcüstana $160,07/kub m-ə ixrac edir
Azərbaycan 2015-ci ilin yanvar-mayında 3 mlrd 842 mln 386,82 min kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 4,1% çoxdur, deyə Gömrük Komitəsi məlumat verir.
Gömrük bəyannaməsi ilə qaz ixracı həcmi $127 mln 346,09 min məbləğində 795 mln 560,04 min kubmetr olub. Yəni qazın 1000 kubmetrinin orta qiyməti $160,07 təşkil edib.
“Şahdəniz” yatağından ixrac edilən qaz gömrükdə qeydə alınır, amma bəyan edilmir (PSA sazişin kommersiya sirridir).
SOCAR hazırda təkcə Gürcüstana qaz satır. –0--
-
- İqtisadiyyat
- 19 İyun 2015 14:04
-
- Cəmiyyət
- 19 İyun 2015 14:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz