SOCAR YDM-lərinin sayı 22-yə çatdı
"SOCAR Petroleum" QSC Azərbaycanda SOCAR brendi yanacaqdoldurma məntəqələrinin sayını 22-yə çatdırıb.
Şirkətdə verilən məlumata görə, avqustun 5-də Şamaxı rayonunda "SOCAR" brendi altında sayca 22-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.
2016-cı ildə SOCAR Petroleum Şamaxı şəhərində daha bir YDM istifadəyə verməyi planlaşdırır.
SOCAR Petroleum 2008-ci ilin yanvarında yaradılıb. Neft məhsulları satışı ilə məşğul olan şirkət Azərbaycanda SOCAR brendli ilk YDM-i 2010-cu ildə açıb.
Şirkətin YDM-lərində 6 növ yanacaq satılır: Aİ-95 Premium, Aİ -92 (Euro-2), Aİ -98 Super (Euro-5) benzini, eləcə də maye qaz (LPG) və dizel yanacağı. SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır. –12B--
-
- İqtisadiyyat
- 8 Avqust 2016 12:41
-
- İqtisadiyyat
- 8 Avqust 2016 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz