«Şahdəniz-2» çərçivəsində özüllərin 50%-dən çox hissəsi tikilib
AMEC-Tekfen-Azfen alyansı “Şahdəniz” konsorsiumunun sifarişi ilə “Şahdəniz -2” çərçivəsində iki özülün suüstü hissəsinin tikintisinin yarıdan çoxunu başa çatdırıb.
Hazırda üst modullar yığılır, qaynaq işləri aparılır, deyə SOCAR-da bildiriblər.
2017-ci ilin iyununa kimi bütün işlər başa çatacaq, dayaq bloklar SOCAR dərin özüllər zavodunda BOS Shelf şirkəti tərəfindən tikilir. Gələn ilin əvvəlində dayaq blokunun qurulması üzrə dəniz quraşdırma işləri başlayacaq.
Özül 2018-ci ilin I rübündə tam istismara veriləcək Qeyd edək ki, bu, Xəzərdə hasilat həyata keçirlməyəcək ilk özül olacaq. Dərinlik 550 metr olduğu üçün özül kontrakt meydançasında qurulur, hasilat isə monifoldlar – robotlaşdırılmış qurğularla aparılacaq. Qaz, kondensat və su boru ilə özülə gətiriləndən sonra sahil terminalına nəql ediləcək.
Qeyd edək ki, "Şahdəniz-2" operatoru BP ilə AMEC-Tekfen-Azfen (Britaniya, Türkiyə-Azərbaycan) arasında saziş 2014-cü ildə $974 mln məbləğində bağlanılıb. –12B--
-
- Cəmiyyət
- 8 Avqust 2016 12:24
-
- İqtisadiyyat
- 8 Avqust 2016 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz