Son hərrac nəticəsində dövlət büdcəsinə 4,3 mln. daxil olub
Dekabrın 13-də keçirilən hərracda 26 dövlət obyekti, o cümlədən 11 nəqliyyat vasitəsi özəlləşdirilib. Nəticədə ümumi məbləği 4,3 milyon manat həcmində alqı-satqı müqaviləsi imzalanıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Növbəti hərrac dekabrın 20-də keçiriləcək. Hərraca 58 qeyri-yaşayış sahəsi, kiçik müəssisə və obyekt çıxarılacaq.
Bu ilin iyulundan özəlləşdirilən obyektlərin qiymətləndirilməsi daşınmaz əmlak bazarında formalaşmış qiymət əsasında aparılır. Obyektlərin bir hissəsinə ilk cəhddən investor tapılmır. Bundan öncə özəlləşdirilən obyektlərin real və başlanğıç qiymətləri arasında böyük fərq olub, obyektlər hər hansı rəqabət olmadan ilk cəhddə satılıb.08D
-
- İqtisadiyyat
- 14 Dekabr 2016 13:01
-
- Cəmiyyət
- 14 Dekabr 2016 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz