Strateji yol xəritəsinin əsas istiqamətləri təsdiq edilib
Milli iqtisadiyyatın strateji yol xəritəsinin əsas istiqamətləri təsdiq edilib.
Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. İşçi qrupuna prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov rəhbərlik edəcək.
İşçi qrupuna tapşırılıb ki, b2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini, 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Yol xəritəsi 8 əsas sektordan ibarətdir: neft-kimya, aqrar sənaye, istehlak malları, ağır sənaye və maşınqayırma, turizm, logistika, mənzil və peşə hazırlığı.
İnfrastruktura İKT, maliyyə və kommunal xidmətlər daxildir. --17D—
-
- İqtisadiyyat
- 17 Mart 2016 13:45
-
- Siyasət
- 17 Mart 2016 14:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz