Sumqayıt Kimya Sənaye Parkının 9-cu rezidenti elan edildi
İqtisadiyyat Nazirliyi "Aqrokimya Azərbaycan" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti kimi qeydiyyata alıb. Hazırda sənaye parkının 9 rezidenti var.
"Aqrokimya Azərbaycan" MMC bu aprel ayının 12-də dövlət qeydiyyatına alınıb. Onun ofisi Gilan Holding Capital Towers iş mərkəzində yerləşir. Nazirlik şirkətə istehsal sahəsinin qurulması üçün neçə hektar ərazi verməsi, şirkətin istehsal planları haqda məlumat vermir.
İqtisadiyyat nazirliyində turan-a deyiblər ki, 14,8 hektar ərazidə Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər davam edir. İlkin hesabalamalara görə. buraya 100 mln. dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur.
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. Birinci mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq.
Hazırda Gəncə şəhərində sənaye parkının yaradılması imkanları araşdırılır.
Qeyd edək ki, SKSP-in idarəçiliyi altında Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı da fəaliyyət göstərir. 08D
-
- İqtisadiyyat
- 16 İyun 2016 10:43
-
- Cəmiyyət
- 16 İyun 2016 10:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz