Sumqayıta gedən elektrik qatarları sürətli qatar olacaq
Azərbaycan Dəmir Yolları QSC Bakı və Sumqayıt arasında sərnişin daşımalarının sürətləndirilməsi üçün infrastrukturu müasirləşdirməyi planlaşdırır (35 km).
Martda 63 km uzunluğundakı Bakı-Xırdalan-Sumqayıt polad magistralının əsaslı təmiri başlayıb. Bundan başqa, əlavə olaraq 1,65 km-lik hissə tikiləcək.
Layihənin həyata keçirilməsi məsələləri “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə olunub, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.
Görüşdə Bakı-Sumqayıt dəmir yolunun müasirləşdirilməsi üzrə SYSTRA konsaltinq şirkətinin hazırladığı müxtəlif variantlara baxılıb.
QSC rəhbəri Cavid Qurbanov qeyd edib ki, Bakı-Sumqayıt dəmir yolunun yenidənqurması sərnişin daşımaları tələbatını ödəməyə və avtomobil nəqliyyatının alternativini təmin etməyə imkan verəcək.
Qurumdakı mənbənin Turan-a verdiyi məlumata görə, Asiya İnkişaf Bankının bu layihənin kreditləşməsinə cəlb edilməsi nəzərdə tutulur.
Yolun müasirləşdirilməsi ilə yanaşı, yeni dəmiryolu qatarlarının alınması da nəzərdə tutulur.
Hazırda Sumqayıta elektrik qatarları uzun Sabunçu-Zabrat-Pirşağı yolundan gedir. Yol ən az 1,5 saat çəkir ki, buna görə bu nəqliyyat növündən çox istifadə olunmur. -06D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz