Sumqayıtda 100 binanın təmirinə 5 milyon manat ayrılıb
Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərdəki 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə 5 milyon manat ayrılıb.
Vəsait 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin Ehtiyat Fondundan ayrılıb.
Bu, sentyabrın 2-də Sumqayıt İcra Hakimiyyəti rəhbərliyi dəyişdikdən sonra dövlət başçısının şəhərə ikinci diqqətidir. Bundan öncə Dövlət Mənzil Fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız olan 76 liftin dəyişdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti dövlət büdcəsindən 3,7 mln. manat alıb.
Həmçinin bu il prezidentin Ehtiyat Fondundan Mingəçevir, Lənkəran, Ucar, Göyçay, Kürdəmir, Xaçmaz rayonlarında çoxmənzilli binaların əsaslı təmiri üçün İcra hakimiyyətlərinə vəsait ayrılıb.08D
-
- Cəmiyyət
- 16 Dekabr 2015 11:26
-
- İqtisadiyyat
- 16 Dekabr 2015 12:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz