Sürətli pul köçürmələri sistemləri ilə mədaxil həcmi göndəriləndən 2,2 dəfə çoxdur
2013-cü ilin yanvar-noyabrında Azərbaycanin bank sistemində sürətli pul köçürmələri dövriyyəsi 1930,6 mln manat (($2,5 mlrd) ekvivalenti olub. Bu, əvvəlki ilin eyni dövrünün göstəricisindən 317 mln manat və ya 19,6% çoxdur. Qəbul edilən pul göndəriləndən 2,2 dəfə çoxdur. O, ötən ilin eyni dövrü ilə müqayisədə 31% artıb.
Noyabrda köçürmə dövriyyəsi 220,4 mln manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə o, 33% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, orta göndərilən məbləğ yanvardakı 582,3 manatdan noyabrda 818,6 manata artıb, qəbul edilən 574,8 manatdan 689,4 manata artıb. Göndərilən köçürmə sayı 66 mindən 88,2 minə, qəbul edilən 156,3 mindən 214,9 minə artıb. Hesabat dövründə qeydiyyata alınan pul köçürmələrinin ümumi sayı 3192,8 min, o cümlədən qəbul edilənlər 2308,1 min olub.
Azərbaycan bankları hazırda Western Union, Coinstar, XpressMoney, Contact, Migom, Leader, Blizko, PrivatMoney, UPT və başqa beynəlxalq sürətli pul köçürmə sistemlərinin xidmətindən istifadə edirlər. “Bıstraya poçta” sistemi ermənilərin işğal etdiyi ərazilərdə xidmət göstərdiyi üçün onunla əməkdaşlıq ləğv edilib. --15B--
-
- Siyasət
- 14 Yanvar 2014 15:47
-
- Foto sessiyalar
- 14 Yanvar 2014 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz