Sürücülər etiraz edir
İyunun 9-dan Bakıda ləğv edilmiş 16, 18 və 96 saylı marşrut avtobuslarının sürücüləri marşrutların məxsus olduğu “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qarşısında etiraz aksiyası keçiriblər. 200-ə yaxın sürücü onların iş yerlərilə təmin olunmasını tələb edirlər.
Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nuridə Allahyarova iyunun 9-da bildirib ki, reyslərin ləğvi onunla əlaqədardır ki, “onlar agentliyin hazırladığı nəqliyyat konsepsiyasının tələblərinə cavab vermirlər”.
Marşrutdan çıxarılan avtobusların yerinə kondisioner, elektron ödəniş sistemi ilə təchiz olunan avtobus parkına malik “BakuBus” şirkətinin avtobusları xəttə çıxıb.
Beləliklə, Bakı meriyası yanında “BakuBus” özəl şirkəti Bakıda sərnişin daşınmaları bazarını tədricən inhisara alır ki, bu da növbəti mülkiyyət bölgüsündən xəbər verir. Avtobus marşrutları müxtəlif üzrlü bəhanələrlə müxtəlif özəl şirkətlərin əlinə keçib ki, bunlara da növbə ilə Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi kuratorluq edib.
Adətən müxtəlif vaxtlarda paytaxt üçün yeni avtobusların alınması mərasimlərində prezident İlham Əliyev şəxsən iştirak edib.
Avtobus daşımaları Azərbaycanda yüz milyonlarla manat dövriyyəsi olan kölgə bizneslərindən biri olaraq qalır. —0--
-
- Foto sessiyalar
- 12 İyun 2016 19:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz