TANAP layihəsi üçün boruların 80%-i Türkiyə şirkətləri təmin edəcək
Transanadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində dünən Ankarada 6 Türkiyə və 1 Çin şirkəti ilə saziş imzalanıb.
Boruların tədarükü üzrə tenderin qalibi "Mannesmann-Noksel-Erciyas" şirkətlər konsorsiumu, "Ümran-Emek" şirkətlər konsorsiumu, "Tosçelik Profil və Sac Endüstrisi" şirkəti, habelə Çinin "Baosteel Europe" podratçı şirkəti olub.
İmzalanma mərasimində Türkiyənin Baş naziri Əhməd Davudoğlu, energetika və təbii resurslar naziri Taner Yıldız, Azərbaycanın energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
TANAP layihəsində istifadə olunacaq 1 milyon 200 min ton polad boruların 400 min tonluq hissəsinin tədarükünü “Tosçelik” şirkəti həyata keçiriəcək.
“Borusan-Mannesmann”, “Erciyas Boru” və “Noksel Boru”dan ibarət konsorsium 300 min tonluq hissəni, “Ümran Boru və Emek Boru”dan ibarət qrup isə 200 min tonluk hissəni təmin edəcək.
Polad boruların daşınmasının 24 ayda tamamlanması gözlənilir.
TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.–12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz