TAP boru kəmərinin təməlqoyma mərasimi
Çərşənbə axşamı Salonikidə Transadriatik qaz kəmərinin (TAP) tikintisinin başlamasına həsr olunmuş təntənəli mərasim keçirilir.
Mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras, Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç, Bolqarıstanın energetika naziri Temenujka Petkova, Transadriatik qaz kəmərinin direktoru Yen Bredşou, TAP konsorsiumuna daxil olan şirkətlərin - BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo-nun nümayəndələri, habelə layihənin iştirakçısı olan ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər,xəbəri RİA-novosti yayıb.
Uzunluğu 880 km və başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək TAP qaz kəməri Yunanıstan və Türkiyənin sərhədində TANAP (Trans-Anatolian Natural Gas Pipeline) boru kəmərindən Azərbaycanın Şahdəniz-2 yatağından qaz qəbul edəcək. Qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməli və İtaliyanın cənubunda Snam qaz nəqliyyatı şəbəkəsinə daxil olmalıdır.
Gələcəkdə boru kəmərinin gücünün ildə 20 mlrd. kubmetrə qədər artırılması ehtimalı nəzərdə tutulur. Yunanıstan ərazisindən qaz kəmərinin 550 km keçəcək. Afina TAP-a strateji layihə kimi baxır - Yunanıstan ilk dəfə energetika xəritəsində yer tutacaq və 2 mlrd. avro birbaşa investisiya alacaq. -02D-
-
- Siyasət
- 17 May 2016 17:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz