TAP-ın tikintisinə 2016-cı ildə başlanılır?
Ötən həftə Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edərkən bildirib ki, Transadriatik (TAP) boru kəməri layihəsi ilə bağlı tikinti işlərinə bu ilin mart ayında başlanması nəzərdə tutulur.
Bir neçə gün sonra – 29 fevralda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının toplantısında isə o deyib ki, TAP layihəsinin maliyyələşməsi məsələsi apreldə həllini tapacaq. Sonra əlavə edib ki: “28 apreldə”. Amma həmin gün nə olacağını dəqiqlə.dirməyib.
Nazir qeyd edib ki, dünyadakı böhran layihələr üçün problem yaratmayacaq: ""Şahdəniz-2" və SOCAR-ın payının maliyyələşməsində problem yoxdur. Tərəfdaşlarımız da çətinlik çəkmir".
"SOCAR-ın TANAP və TAP-da payı var. TANAP-ın maliyyələşməsinin çoxu həllini tapıb. Bazarda nə olmasından asılı olmayaraq, layihə həyata keçiriləcək", - deyə Əliyev bildirib.
Amma “RİA Novosti” TAP-ın icraçı direktoru Yen Bredşouya istinadən bidlirir ki, Trans-Adriatik boru kəmərinin tikintisinə 2016-cı il ortalarında Yunanıstanın Saloniki şəhərində başlanılacaq. Onun sözlərinə görə, TAP-ın tikintisinə 2016-cı il mayın sonunda iyunun əvvəlində baş tutacaq.
«Yunanıstan hökuməti bunun üçün lazımi işləri görüb», - deyə o qeyd edib. –12B--
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:17
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz