ТАР boru kəmərinin tikintisi üzrə tender elan edib
Transadriatik qaz kəməri konsorsiumu Albaniya və Yunanıstanda boru kəmərinin yerüstü hissəsinin tikintisi üzrə tender elan edib. Bu barədə ТАР məlumat yayıb.
Məlumatda deyilir ki, saziş altsazişlərə bölünə bilər.
Mayda boru kəmərinin yerüstü hissəsinin tikintisi üzrə təsnifatöncəsi tender elan edilmişdi.
Əsas tender üzrə Albaniya və Yunanıstana 1,2 metr diametrli 760 km boru tədarük edilməlidir.
Podratçılarla sazişin 2015-ci ilin 3-cü rübündə bağlanması planlaşdırılır.
ТАР “Şahdəniz” qazının Avropaya nəqli üzrə əsas marşrut kimi seçilib. Kəmərin ümumi uzunluğu 870 km olacaq.
Tikintiyə 2016-cı ildə başlanılacaq. TAP-ın ilkin gücü 10 mlrd m3, genişlənmə imkanı 20 mlrd m3 olacaq. Səhmdarlar bunlardır: BP (20%), ARDNŞ (20%), Statoil (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%). --0--
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 12:58
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz