2015-ci ildə nəqliyyata büdcə investisiyaları 1,28 mlrd manat olacaq
2015-ci ilin büdcəsində nəqliyyata investisiyaların xüsusi çəkisi 26,57% olacaq.
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransında nəqliyyat naziri Ziya Məmmədov deyib ki, bu məqsədlə 2,24 mlrd manat (854,58 mln xarici borc, 111,49 mln ARDNF-dən, 1 mlrd 273,93 mln dövlət büdcəsindən) ayrılacaq.
Avtomobil yollarının infrastrukturu barədə də məlumat verən Z.Məmmədov bildirib ki, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi həyata keçirilir və bütün bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, iqtisadiyyata qoyulan vəsaitin 20%-i nəqliyyatın payına düşür. --17D—
-
- İqtisadiyyat
- 17 Oktyabr 2014 13:00
-
- Siyasət
- 17 Oktyabr 2014 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz