ТАР-ın ilk 10 mlrd kubmetri Aİ Üçüncü enerji paketinin qaydalarından azad edilib
Yunanıstan, İtaliya və Albaniya birgə bəyanatla Aİ Üçüncü enerji paketinin qaydalarından bəzilərinin, üçüncü şəxslərin çıxışının azad edilməsi də daxil, statusunu istisna kimi uzadıb. Bu barədə ТАР məlumat yayıb.
Avropa Komissiyası belə bir qərarı təsdiq edəndən sonra birgə bəyanat verilib.
O cümlədən, bu üçüncü enerji paketinin bəzi qaydalarından çıxarılma statusu 2020-ci ildə Azərbaycanın “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsindən Avropaya planlaşdırılan qaz ixracının başlanılmasına uyğun olaraq uzadılıb.
ТАР AB-nin üçüncü enerji paketinin bəzi qaydalarından çıxarılma statusunu 2013-cü ildə əldə edib. O cümlədən layihə boru kəmərinin ildə ilkin 10 mlrd kubmetr daşıma qabiliyyəti üçün üçüncü şəxslərin çıxışından azad edilib.
TAP layihəsi “Şahdəniz 2” qazının Yunanıstan, İtaliya və Adriatik dənizi vasitəsilə Qərbi Avropaya nəqli üçündür. Kəmərin uzunluğu 870 km olacaq.
Tikinti işləri 2016-cı ildə başlanılacaq.
-
- Mədəniyyət
- 1 May 2015 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz