TANAP rəhbəri: Türkiyə istəsə, 21 mlrd m3 Azərbaycan qazı ala bilər
Türkiyə TANAP kəməri ilə tədarük edilən Azərbaycan qazının alış həcmini 3,5 dəfə artıra bilər. Bu barədə Reuters TANAP-ın baş meneceri Saltuk Düzyola istinadən bildirir.
"TANAP-ın buraxılış qabiliyyəti 31 milyard kubmetrə çatanda, Türkiyə bu həcmin 21 milyard kubmetrə qədərini ala bilər: "Alış prosesi isə həm BOTAŞ, həm də Türkiyənin özəl şirkətləri tərəfindən həyata keçirilə bilər", deyə o bildirib.
O həmçinin deyib ki, RF-in tklif etdiyi "Türkiyə axını" qiymət rəqabəti ilə nəticələnə bilər.
"Orta müddətli perspektivdə, hər iki kəmər Frakiyaya çatanda qiymət rəqabəti ola bilər. Bu rəqabət Türkiyə və Yunanıstan istehlakçılarının xeyrinədir ", deyə TANAP-ın baş meneceri qeyd edib.
Onun sözlərinə görə, TANAP prioritet layihə olaraq qalır.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz