Tarif Şurası Azərbaycanda dərmanların bahalaşması haqda məlumatları təkzib edir
Tarif Şurası əczaçılara xəbərdarlıq edir ki, qiymətləri təsdiq edilərək qüvvəyə minən dərman vasitələrinin qiymətlərində şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması yolverilməzdir.
Əslində isə qiymətlər bahalanıb. Belə ki, əvvəllər 20-25 manat olan akineton avqustda 32-35 manatadır. Tarif Şurası əksini deyir və monitorinq aparmır.
Rəsmi məlumata görə, dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi hazırda təsdiq edilən qiymətlərlə satışdadır: Qalan 2503 dərman vasitəsinin təsdiq edilən qiymətləri isə bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.
Demək, qiyməti təsdiq edilməmiş dərmanlar qiymətləri Tarif Şurası tərəfindən təsdiq ediləndən sonra satılacaq. --17D—
-
- Cəmiyyət
- 19 Avqust 2016 10:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz