«Tax free» sisteminin bütün buraxılış məntəqələrində tətbiqi üçün qanunvericiliyə dəyişiklik ediləcək
«Tax free» sisteminin Azərbaycanın bütün buraxılış məntəqələrində tətbiqi üçün qanunvericiliyə dəyişiklik ediləcək.
«Turan»ın məlumatına görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov müsahibəsində belə deyib.
«Hava limanından başqa, «tax free» sistemi bütün sərhəd buraxılış məntəqələrində tətbiq ediləcək. Qanunvericiliyə dəyişiklik edilməsi üçün artıq qanun layihəsi hazırlanıb», - deyə İmanov bildirib.
Onun sözlərinə görə, proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək. «tax free» sistemi Azərbaycanda 2016-cı ilin iyunundan tətbiq edilir.
Azərbaycanda «tax free» ƏDV də daxil minimum 300 manatlıq mal alınanda tətbiq edilir.
Vergilər Nazirliyinin məlumatına görə, «tax free» sistemi tətbiq ediləndən 45 ölkənin vətəndaşına 104 min manat qaytarılıb. 71D
-
- İqtisadiyyat
- 19 Avqust 2016 09:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz