Taxılın məhsuldarlığı rekord səviyyəyə çatıb
Müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkədə 1 hektardan 30,3 sentner taxıl yığılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 6-ı üçün 1 mln 350 min ton buğda yığılıb. Məhsuldarlıq 31,7 s/ha təşkil edib. Bu, 2014-cü ildəkindən 33,8% çoxdur.
Bu il Azərbaycanda 915,2 min ha sahədə dənli və paxlalı (qarğıdalı nəzərə alınmır) əkilib. İyulun 6-ı üçün 780,9 min ha sahədən məhsul yığılıb.
Bu ilin 6 ayında Azərbaycanın taxıl idxalı 2014-cü illə müqayisədə 34,4% artaraq qiymət ifadəsində $187,5 mln təşkil edib, deyə Gömrük Komitəsi məlumat verir.
İstehlak balansına əsasən, 2013-cü ildə Azərbaycanda yeyint və istehsalda 2 mln 864 min ton buğdadan istifadəe dilib. Bunun 1 mln 451 min tonu idxalı payına düşür. 08B
-
- Cəmiyyət
- 21 İyul 2015 17:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz