TBC Kredit mikrokredit portfelini 21,2% genişləndirib
"TBC Kredit" qeyri-bank kreidt təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-avqustunda $3,2 mln və ya 8,8% genişlənərək $39,66 mln-a çatıb. Hesabat dövründə şirkət mikrokreditləşməni $1,77 mln və ya 21,2% artıraraq $10,09 milyona çatdırıb.
Hesabat dövründə cəmiyyətin aktivləri $2,71 mln və ya 7,1% artaraq $40,791 mln-a çatıb. Şirkətin ümumi müştəri sayı 2,5% genişlənərək 3,72 min nəfər olub.
Portfeldə problemli kreditlərin payı 0,15 faiz bəndi artaraq 0,72%, mikrokreditləşmədə 0,26 f.b. artaraq 0,44% olub.
Fəaliyyəti dövründə təşkilat $145,846 mln kredit verib. Bunun $32,075 milyonu mikrokreditlərdir.
"TBC Kredit" 10 ilə kimi kredit verir. Kredit məbləği 300-200 000 manatdır. Faiz dərəcəsi 18-dən başlayır. Təşkilat daha çox biznes kreditlər verir. --15B--
-
- İqtisadiyyat
- 10 Oktyabr 2013 15:35
-
- Siyasət
- 10 Oktyabr 2013 16:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz