- İqtisadiyyat
- 18 İyul 2014, 14:37
- 227
Toni Bler BP-nin Azərbaycan qazının Avropaya ixracı üzrə ekspertidir
Britaniyanın sabiq baş naziri Toni Bler BP-nin Azərbaycan qazının Avropaya ixracı üzrə üzrə konsorsiumunda məsləhətçi təyin edilib.
«Financial Times» (http://www.ft.com/cms/s/0/28b699ae-0d9f-11e4-815f-00144feabdc0.html#axzz37nyqVb6r) bildirir ki, bu jest Rusiya qazından asılılığın azaldılması ilə bağlı qəbul edilib.
Bler Cənub Məsləhət qrupuna daxil olacaq. “”Şahdəniz 2”nin üzləşə biləcəyi siyasi, ekoloji, reputasiya, sosial problemlərlə bağlı məsləhət verəcək. Bler siyasi və işgüzar təcrübəsinə görə cəlb edilib. Layhəyə 7 ölkə cəlb edilib. Bu siyasətçinin təşkilati, siyasi və ekoloji münaqişələrlə bağlı məsləhətləri vacibdir. Layihəyə BP, Statoyl, ARDNŞ, nəql üzrə isə Botas, Fluxys, Axpo və Eon cəlb edilib.
Bler həm də 2011-2013-cü illərdə Qazaxıstan hökumətinin məsləhətçisi olub.
Bler paralel olaraq Əbu-Dabidə ofis açmaq istəyir. Əlbəttə, Yaxın Şərqdə «Tony Blair Associates» şirkətinin iştirakı ilə qazanmaq istəyir. Onun xeyriyyəçilik təşkilatları da var - Climate Group, Etiqad Fondu, Afrika Təşəbbüsü.
BP ”Şahdəniz 2” nin operatorudur. Burda çıxarılan qaz Türkiyə vasitəsilə Avropaya nəql ediləcək. $45 mlrd qiymətində layihə Aİ rəhbərliyi tərəfimndən dəstəklənir. Xüsusən Krım böhranından sonra ona diqqət artıb
Bler məsləhətçi qismində Almaniyanın keçmiş XİN rəhbəri Hans Ditrix Genşer və ВР-nin rəhbəri Piter Sazerlendə qoşulacaq. --17D—
-
- Cəmiyyət
- 18 İyul 2014 14:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz