TRACECA dəhlizi ilə tranzitlə 11 mln ton yük daşınıb
2013-cü ilin 3 rübündə TransAvropa-Qafqaz-Asiya (TRACECA) dəhlizinin Azərbaycan sahəsi ilə tranzit yük daşımaları 11 mln ton olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 6,2% azdır.
DSK mal nomenklaturası ilə tranzit yük daşımalarının uçotunu aparmır.
Dövlətstatkomda Turan-a bildiriblər ki, tranzit daşımalardan 107,4 mln manat gəlir olub. Bu, ötən ilin eyni dövründəkindən 7,3% azdır.
TRACECA texnki yardım proqramı təşəbbüsü 1993-cü ilin mayında irəli sürülüb və məqsəd Avropadan Qara dəniz, Qafqaz, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxışdır. Layihəyə qoşulan ölkələr yük daşımaları üzrə güzəştli tarif tətbiq edir. 08D
-
- Cəmiyyət
- 20 Noyabr 2013 11:45
-
- İqtisadiyyat
- 20 Noyabr 2013 11:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz