Transadriatik qaz kəməri və NabuccоWest TANAP-ın davamı ola bilər
Bu gün Bakıda Azərbaycan və Polşa xarici işlər nazirləri - Elmar Məmmədyarov və Radoslav Sikorskinin görüşündə iki ölkə arasında qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri əsas müzakirə mövzularından biri olub.
Bu barədə onlar danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildiriblər. Sikorskinin sözlərinə görə, Polşa enerji təchizatı mənbələrini müxtəlifləşdirir və Rusiyadan qaz alqısı ilə yanaşı, alternativ idxal yolları axtarır.
Hazırda Polşanın sədrlik etdiyi Vışeqrad qrupu ölkələri, həmçinin Bolqarıstan və Rumıniya Azərbaycan qazının istehlakçısı ola bilər, deyə o bildirib.
Öz növbəsində, Məmmədyarov Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə Azərbaycan və Türkiyə arasında imzalanmış sazişlə bağlı suala cavabda bildirib ki, bu qaz kəməri 2018-ci ildə istismara veriləcək və Aİ sərhədlərinə qədər qaz nəql edəcək.
Azərbaycan qazının gələcəkdə nəqlinin mümkün variantları kimi Məmmədyarov son məntəqəsi İtaliya olan Transadriatik boru kəmərini və Avstriyaya qədər uzanan NabuccoWest kəmərini qeyd edib.
Hazırda maraqlı neft-qaz şirkətləri bu marşrutlardan birinin seçilməsi ilə bağlı müzakirələr aparır.
Məmmədyarov qeyd edib ki, Azərbaycanda yeni qaz yataqlarının açılması Avropaya qaz ixracı həcmini artıracaq. -06С-
-
- Söz istəyirəm
- 18 İyul 2012 14:51
-
- Cəmiyyət
- 18 İyul 2012 17:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz