Transxəzər Nəqliyyat Konsorsiumu yaradılıb
Aprelin 13-də Bakıda Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, konsorsiuma Azərbaycan (“ADY Express” və “ACSC Logistics” ), Qazaxıstan (“KTZ Express”) və Gürcüstanın (“Trans Qafqasus Terminals”) dəmiryolu operatorları daxil olub.
Danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov MŞ sədri seçilib.
Mayda tərəflər marşrut üzrə yük qatarlarının hərəkət cədvəlini müəyyən edəcək.
ADY-də Turan-a bildiriblər ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq. 08D
-
- Cəmiyyət
- 15 Aprel 2016 11:04
-
- İqtisadiyyat
- 15 Aprel 2016 11:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz