Vergi mədaxili 3,6% azalıb
2016-cı ilin birinci rübündə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 542 milyon 401,2 min manat vəsait daxil olub. Qurumun məlumatına görə, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.
2015-ci ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 3,6% (58,3 mln manat), 2014-cü illə müqayisədə 12,5% (220,5 mln manat) azalıb.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,1 mlrd manat köçürülməsi təmin edilib. Bu il proqnoz 410 mln manat azaldılıb. 08D
-
- İqtisadiyyat
- 15 Aprel 2016 11:22
-
- İqtisadiyyat
- 15 Aprel 2016 12:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz