Tranzit yük daşımaları azalır, gəlirlər artır
Bu ilin 9 ayında TRACECA marşrutu ilə Azərbaycan ərazisindən 5,5 mln ton tranzit yük daşınıb. Yük axını 23,2% azalıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Deyilən dövrdə nəqliyyat strukturları tranzit yük daşınmasından 136 mln manat gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 51,1% çoxdur. Bu, manatın iki dəfə devalvasiyası ilə bağlıdır. Manatın devalvasiyası nəticəsində valyutanın konvertasiyası dəmiryolu və su nəqliyyatı şirkətlərinin mədaxilinə müsbət təsir edir.
DSK-nın məlumatına görə, ilin 9 ayında «Azərbaycan Dəmir Yolları» tranzit yük daşımalarından 63,6 mln manat (+66,2%), «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» - 72,4 mln manat (+40%) əldə edib.
Azərbaycan beynəlxalq tranzit dəhlizləri ilə (TRACECA, «Şimal-Cənub», «Qərb-Cənub») yük daşımalarının artacağına ümid edir və tranzit infrastrukturunu artırır. 08B
-
- Cəmiyyət
- 14 Noyabr 2016 11:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz