DB makroiqtisadi sabitliyin möhkəmləndirilməsində Azərbaycana texniki kömək etməyə hazırdır
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı noyabrın 12-də baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.
MBNP mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivləri, ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.
DB makroiqtisadi sabitliyin möhkəmləndirilməsində Azərbaycana texniki kömək etməyə hazırdır, deyə məlumatda bildirilir.
Buna qədər R.Aslanlı DB təmsilçiləri ilə maliyyə sabitliyinin təmin edilməsi üzrə texniki köməyin detallarını müzakirə edib.
Manatın devalvasiyası ilə bağlı 2015-ci ilin əvvəlindən ölkədə makroiqtisadi durum pisləşib. ÜDM istehslı azalıb, dövlət büdcəsinin göstəriciləri azalıb. Əmək bazarında mənfi tendensiya müşahidə edilir. Bir neçə bank və sığorta şirkəti bağlanıb.
Azərbaycan iqtisadi islahatlara texniki dəstək üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. 08D
-
- İqtisadiyyat
- 14 Noyabr 2016 11:49
-
- Cəmiyyət
- 14 Noyabr 2016 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz