TuranBank birinci rübə yekun vurub
2013-cü il aprelin 1-i üçün TuranBankın aktivləri 227,8 mln manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2% çoxdur. Kredit portfelinin qalığı 166,4 mln manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 3,2%, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur.
2013-cü ilin I rübündə depozitlər ilin əvvəli ilə müqayisədə 6,3%, %, ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Depozit portfelində müddətli depozitlər 58,3 mln manat olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 15,2% çoxdur.
Bu günə TuranBankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 10,4% artaraq 35,2 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prossesi nəticəsində 30 mln manata çatdırılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə 26,3% artim qeydə alınıb. Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (19,41%) və 22 fiziki şəxsdən (80,59%) ibarətdir.
2013-cü ilin yanvar-mart aylarında TuranBankın gəlirləri 4,9 mln manat həcmində xərclərin müqabilində 6,2 mln. manat təşkil edib. Bankın balans mənfəəti 1,3 mln. manat olub.—15D--
-
- Siyasət
- 19 Aprel 2013 14:56
-
- İqtisadiyyat
- 19 Aprel 2013 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz