«Turanbank»ın kredit portfeli 2% azalıb
2016-cı ilin 9 ayında «Turanbank»ın aktivləri ilin əvvəlinə nisbətən 1,8% (9 mln 689 min manat) azalaraq 508 mln 11 min manat olub.
Turan-ın məlumatına görə, bankın kapitalı 2% (1 mln 102 min manat) artaraq 54 mln 402 min manata çatıb.
Bankın öhdəlikləri 453 mln 608 min manat təşkil edir.
«Turanbank»ın Mərkəzi Banka borcu 73 mln 950 min manatdır.
Bankın 209 mln 169 min manat, o cümlədən xarici valyuta ilə 187 mln 513 min manat krediti var.
Depozitlərin 37 mln 849 min manatı hüquqi şəxslərin tələb olunanadək, 52 mln 162 min manatı fiziki şəxslərin tələb olunanadək, 119 mln 157 min manat fiziki şəxslərin müddətli kreditləridir.
Bankın kredit portfeli ilin əvvəlindən 5 mln 639 min manat (2%) azalıb və 275 mln 161 min manatdır. Bunun 15 mln 301 min manatı problemli kreditlərdir. Problemli kreditlərin ümumi həcmi 5,56%-dir.
Üç rübdə bankın ümumi ziyanı 1 mln 105 min manat olub. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz