Turistlər Azərbaycanın yanından üzüb keçməyəcək
Azərbaycan Xəzərdə turist marşrutunun mərkəzində olacaq.
Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri Həştərxanda razılığa gəliblər ki, Xəzərdə yeni turist marşrutu yaratsınlar, deyə Rusiya KİV-ə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib. Onun sözlərinə görə, marşrut hövzənin bütün ölkələrini əhatə edəcək. Səyahət gəmisi təmirdən sonra turistlərin sərəncamına veriləcək.
Xəzər turist dairəsinin yaradılması ölkələr arasında müntəzəm dəniz gəmiçiliyinin inkişafına kömək edəcək sərnişin daşınmasına tələbatı artıracaq. «Xəzər regionunda gəzmək, yerli mədəniyyətlə tanış olmaq arzusunu qonşu ölkələrlə yanaşı, uzaq ölkələrin sakinləri də ifadə edib», - deyə Jilkin bildirib. --17D—
-
- İqtisadiyyat
- 12 Avqust 2014 19:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz