Turizmin inkişafı üzrə Yol xəritəsi qəbul edilib
Prezident İlham Əliyev turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsini təsdiq edib. Onun həyata keçirilməsi 2020-ci ilədək 25 min yeni iş yeri açmağa imkan verəcək.
Sənəddə turizm sektoru üzrə on altı prioritetin həyata keçirilməsi nəzərdə tutulur.
Bu vəzifələrin koordinasiyası ilə 2017-ci ildə yaradılacaq Milli Turizm Təbliğat Bürosu məşğul olacaq. Hökumət vəzifənin öhdəsindən gəlsə, Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 milyon manat artacaq.
Hökumət əsasən İran, Fars körfəzi, Rusiyadan turist axını gözləyir. 2020-ci ildə Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılması gözlənilir. Ümumən bu tədbirlər nəticəsində xarici turistlərin sayının 2015-ci ildə 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək artması gözlənilir.
2020-ci il üçün Naftalanda sağlamlıq obyektlərinin dolması 15% artaraq 60%-ə çatacaq. Bunun üçün Bakı ilə Naftalan arasında nəqliyyat, o cümlədən dəmir yolu əlaqəsi inkişaf etdiriləcək. 08D.
-
- Siyasət
- 19 Dekabr 2016 11:25
-
- İqtisadiyyat
- 19 Dekabr 2016 11:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz