Türkiyə biznesi Azərbaycan iqtisadiyyatının donorları sırasında üçüncüdür
2014-cü ilin yanvar-sentyabrında Azərbaycan iqtisadiyyatına maliyyə qoyuluşu 3 mlrd 517,03 mln manat (ötən ilin eyni dövrünə nisbətən +4,3%) olub.
Dövlətstatkoma görə, investisiya həcminə görə Böyük Britaniya birincidir (1 mlrd 131 mln 872,4 min manat və ya 32,2% (+3,7%)). İkinci yerdə Norveçdir- 640 mln 19,2 min manat (+78,9%).
Türkiyə üçüncüdür (309 mln 609,9 min manat, +66,2%). Ardınca ABŞ - 294 mln 483,5 min manat (- 16,1%), Fransa - 225 mln 593 min manat (+ 2,06 dəfə) gəlir.
Beynəlxalq təşkilatlar arasında Dünya Bankı liderdir –102 mln 840,8 min manat (- 13,2%). Asiya İnkişaf Bankı 51 mln 194,7 min manatla (+36,8%) ikincidir. --17D—
-
- Cəmiyyət
- 21 Oktyabr 2014 12:57
-
- İqtisadiyyat
- 21 Oktyabr 2014 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz