Türkmənistan enerji resurslarının Gürcüstan ərazisilə nəqlində maraqlıdır
Tbilisi/02.07.15/Turan-BSPRESS: Türkmənistan Gürcüstan ərazisilə enerji resurslarının Avropaya nəqlinə böyük maraq göstərir. Bunu Gürcüstan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Georgi Abaşişvili Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovun səfərinin yekunlarını şərh edərkən bildirib.
Cümə axşamı Türkmənistan Gürcüstana ikigünlük dövlət səfərinə gedib. O, ölkə prezidenti və baş nazirlə görüşlər keçirib.
“Söhbət Türkmənistanın enerji resurslarının Avropaya tranzitində Gürcüstanın nəqliyyat rolunun artırılmasından gedir. Bu istiqamətdə işlər gedir və məlumdur ki, bütün bunları Gürcüstansız təsəvvür etmək mümkün deyil”, - Abaşişvili jurnalistlərə bildirib.
Görüş zamanı Gürcüstan və Türkmənistan tərəfləri Əfqanıstanın təşəbbüs göstərdiyi sazişə hazırlıqda maraqlı olduqlarını bidiriblər. Saziş Əfqanıstan, Gürcüstan və Türkiyə arasında tranzit, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Bu ölkələr arasında əməkdaşlığın prioritet istiqamətləri böyük regional və regionlararası nəqliyyat və enerji layihələrinin birgə həyata keçirilməsi olacaq.02D-
-
- Siyasət
- 3 İyul 2015 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz