Türkmənistan qaz nəql etməyə hazırdır, amma Transxəzəri tikmək istəmir
Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı Xəzər bölgəsindən Avropaya qaz nəqli məsələsinin həlli üçün işçi qrup yaradacaq. Bu barədə çərşənbə günü Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu razılaşma bu yaxınlarda Türkmənistanda Energetika üzrə Avropa Komissiyasının vitse-prezidenti Şefkoviçin Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri ilə görüşündə əldə edilib.
Onun sözlərinə görə, Azərbaycandan işçi qrupun tərkibinə Energetika Nazirliyinin, SOCAR-ın, XİN-in və Ədliyyə Nazirliyinin nümayəndələri daxil olacaq.
Görüşdə Türkmənistan tərəfi Transxəzər boru kəmərinin çəkilməsində maraqlı olduğunu qeyd edib və yenidən Avropaya ildə 30 mlrd. kubmetr qaz nəql etməyə hazır olduğunu elan edib. Lakin Türkmənistan qazı yalnız Xəzərə qədər çatdırmağa hazırdır.
Buna görə Transxəzər qaz kəmərini kimin tikəcəyi və maliyyələşdirəcəyi məsələsi qalır. Bundan başqa, Türkmənistan qazının alıcısı məsələsi həll edilməlidir, deyə Əliyev bildirib.
Nazir həmçinin qeyd edib ki, Avropa İttifaqı qaz alıcısı kimi çıxış edəcək Avropa Energetika Şirkətlərindən ibarət Xəzər Konsorsiumu yaradılmasını nəzərdə tutur. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz