- İqtisadiyyat
- 3 Mart 2017, 14:35
- 141
Unibank 10.000 manatlıq uduş fondlu lotereya keçirir
Kommunal ödənişlərinizi ödəyərək, pul köçürmələri və digər bank əməliyyatları edərək, 1000 manatadək pul qazanmaq istəyirsiniz? Unibank-ın keçirdiyi “Bahar lotereyası” sizə bu imkanı yaradır. Uduş fondu 10.000 AZN olan loteryada 184nəfər müxtəlif pul uduşları qazanacaq. Hər 10 AZN-lik əməliyyat bir şansdır.
Hansı əməliyyatlar lotereyada iştirak şansı qazandırır?
- Unibankın debet,kredit və maaş kartları ilə edilən bir çox nağdsız əməliyyatlar.
Mobil əlavə ilə iştirak şansı qazandıran nağdsız əməliyyatlar:
- Kommunal, Mobil, Stasionar, İnternet / Tv xidmət ödənişləri
- Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta , kartdan karta fərqli valyutada köçürmələr
Lotoreyada müştərilər aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər.
- 1 nəfər 1000 AZN
- 3 nəfər 500 AZN
- 30 nəfər 100 AZN
- 50 nəfər 50 AZN
- 100 qalib 20 AZN
Lotereya martın 4-dən aprelin 10-dək davam edəcək və qaliblər bu müddətdə bank əməliyyatı aparan müştərilər arasından seçiləcək. 19 aprel tarixində oynanılan tirajda kompüter seçmə üsulu ilə 184 qalib seçiləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)) və yaxud facebook (www.facebook.com/unibank.azvə twitter (https://twitter.com/unibank) səhifələrindənəldə etmək olar.
Unibank-hər kəsin bankı!
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz