Unibank-da pul köçürmələri dövriyyəsi dörddə bir artıb
Son bir il ərzində təcili pul köçürmələri sistemləri üzrə “Unibank”-ın dövriyyəsi 25,3% artaraq 60 milyon manata çatıb. Bankın filialları vasitəsi ilə yanvar-avqust aylarında 112,5 min təcili pul köçürməsi həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur.
Bankdan verilən məlumata görə, ilin əvvəlindən əməliyyatların orta aylıq sayı ikiqat artıb. Nəticədə pul köçürmələri seqmentində Bankın aylıq dövriyyəsi yanvar-avqust aylarında 70% artıb, gün ərzində qeydə alınan köçürmələrin məcmu məbləği isə 500 min manata yaxınlaşıb. 9 regional filialda təcili pul köçürmələri üzrə əməliyyatların həcmi ümumi dövriyyənin 43%-i təşkil edib. Gəncədəki iki filialın payı avqust ayında 15%-yə çatıb.
Qeyd etmək lazımdır ki, hər pul köçürmə əməliyyatının orta məbləği 545 manat təşkil edib. Gün ərzində 500$/500 EUR (və ya 20000 RUR) və daha çox məbləğdə vəsait göndərən və alanlar “Unibank”-dan bonus kimi mobil telefon danışıqları üçün pulsuz kart əldə edirlər.
Hazırda Bank 13 beynəlxalq pul köçürmələri sistemi ilə əməkdaşlıq edir. Onlar sırasında “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Faster”, “Migom”, “Lider”, “Zolotaya Korona”, “Blizko”, “Coinstar”, “Allure” və “PrivatMoney” kimi beynəlxalq pul köçürmələri sistemləri var. --15D--
-
- Siyasət
- 7 Sentyabr 2012 13:23
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 13:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz