- İqtisadiyyat
- 22 Avqust 2016, 17:52
- 146
Unibank texnoloji yeniliklərin tətbiqini davam etdirir
Ölkənin ən texnoloji banklarından olan Unibank, öz məhsul və xidmətlərində növbəti yeniliklər etməyə hazırlaşır.
Xidmətlərində daim texnoloji yenilikləri tətbiq edən Unibank, hazırda tranzaksiyaların təhlükəsizliyinin daha da yüksəldilməsi məqsədilə yeni proqramların tətbiqini həyata keçirir. Bu proqram təminatının tətbiqindən sonra, müştərilərin hesab və kartlarında apardığı əməliyyatların təhlükəsizliyi və qorunması daha da yüksələcək. Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində xidmətlərdə müvəqqəti texniki məhdudiyyətlər olacaq. Unibank anlayışları üçün müştərilərinə təşəkkürünü bildirir və ən qısa müddətdə bu məhdudiyyətlərin aradan qalxacağını diqqətə çatdırır.
Ortaya çıxan hər hansı məsələ ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
-
- İqtisadiyyat
- 22 Avqust 2016 17:50
-
- Siyasət
- 22 Avqust 2016 18:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz