Valyuta hərracında manat kəskin möhkəmlənib
Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında manat gözlənilmədən 5,18 qəpik və ya 2,8% möhkəmlənib.
Turan məlumat verir ki, hərrac bir dollara görə 1,8251 manat məzənnə ilə başa çatıb. Halbuki, fevralın 7-də rəsmi məzənnə bir dollara görə 1,8769 manat olub.
Bu, 2015-ci ilin dekabrında ikinci devalvasiyadan sonra bir hərrac ərzində manatın kəskin möhkəmlənməsidir.
Kommersiya bankları dolların və avronun alış və satış məzənnəsini endiriblər. Belə ki, kommersiya bankları dolların alışını 1,75-1,80 manat, satışı 1,82-1,84 civarında müəyyən ediblər.
Avronun da məzənnəsi enib. Belə ki, bir həftə öncə banklar avronu 2,03-2,07 manata alır, 2,11-2.15 manata satırdılar.
Bu gün avro alışı 1,95 manat, satış 2,03 manatdan başlayır.
Ekspertlər ehtimal edirlər ki, manatın möhkəmlənməsi müvəqqətidir və qısa zamandan sonra milli valyutanın məzənnəsi yenidən enəcək.–71D-
-
- Cəmiyyət
- 7 Fevral 2017 13:33
-
- İqtisadiyyat
- 7 Fevral 2017 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz