Moody’s ABB-nin reytinqinə yenidən baxıb
Bu gün «Moody's» beynəlxalq reytinq agentliyi «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) reytinqlərinə yenidən baxıb və bir sıra göstəriciləri aşağı salıb.
İnformasiyaya əsasən, bankın xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqi «Ba3» bəndindən «B1» bəndinə endirilib. Bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi «Ba3»dən «B1» bəndinə, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə «B1»dən «B2»yə salınıb.
Qısamüddətli depozit reytinqi və risk qiymətləndirməsi «Not-Prime» səviyyəsində təsdiqlənib. Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnozu neqativdir.
Moody's-in hesabatında qeyd edilir ki, reytinqlərin endirilməsi bankın maliyyə dayanıqlılığının pozulması ilə bağlıdır. Yaxın zamanda baş tutan 600 milyon manatlıq kapitalizasiyaya baxmayaraq, bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub, - deyə agentliyin açıqlamasında bildirilir.
Agentliyin hesablamalarına görə, 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 milyard manat və ya 2.1 milyard dollardır. Bununla yanaşı, bankın xarici valyutada məhdud likvidliyi var. 08D
-
- İqtisadiyyat
- 7 Fevral 2017 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz