Velosiped zavodunun tikintisi ilin sonuna başa çatacaq
İldə 30 min ədəd idman, uşaq və şəhər tipli velosiped istehsal etmək gücünə malik olan zavodunun tikintisi bu ilin sonuna başa çatacaq.
Zavodun tikintisinə ötən ilin noyabrında başlanılıb. Ötən həftə Respublika Velosiped Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosiped Federasiyasının nümayəndəsi Roland Hofer, Bolqarıstan velosiped istehsalı ilə məşğul olan zavodun direktoru Draqomir Ruzov 5 ha ərazini tutan tikinti meydançasına gedib. Təcürbə toplamaq məqsədilə bir qrup gəncin Bolqarıstan velosiped zavoduna ezam olunacağı nəzərdə tutulur.
Zavodu “Asset Group” şirkətlər qrupunun bir strukturu tikir.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana $616,6 min qiymətində 17 271 velosiped gətirilib. 2012-ci ildə xaricdən 2,8 dəfə çox velosiped alınıb (49,4 min) və buna $820 min xərclənib. 2012-ci ildə 5 814 ton üçtəkərli velosiped, pedallı avtomobil və s. alınıb. Son illər ölkədə beynəlxalq səviyyəli veloyürüşlər keçirilir. Ölkədə beynəlxalq tələblərə cavab verən bir velotrek var. 08D
-
- İqtisadiyyat
- 12 May 2014 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz