Vergilər Nazirliyi 2,5 min vergi ödəyicisinin əmək müqaviləsindən yayındığını aşkarlayıb
Vergilər Nazirliyi ilin üç rübündə operativ tədbirlər zamanı 2560 vergi ödəyicisinin işçilərlə əmək müqaviləsi bağlamadığını aşkarlayıb və onlara sərt maliyyə sanksiyası tətbiq olunub.
Vergilər Nazirliyinin məlumatına görə, 9 ayda 4228 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb. Bunlar tikinti, ictimai iaşə və ticarət sahələridir.
Qeyd edək ki, 2006-cı ilin yanvarından Azərbaycanda icbari dövlət sığortası ödəyicilərinin uçotunun fərdi sistemi tətbiq edilir. 1 iyul üçün uçota alınanların sayı 2 047 min nəfərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi yoxlamalar zamanı muzdlu işçilərlə əmək müqaviləsindən yayınma halları aşkarlayırlar. 08B
-
- Cəmiyyət
- 4 Oktyabr 2012 13:12
-
- İqtisadiyyat
- 4 Oktyabr 2012 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz