Vergilər Nazirliyi «Akkord» korporasiyasının törəməsinin borcunu ödəməsini tələb edir
Vergilər Nazirliyi “Property İnvestments” MMC-nin (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin törəmə müəssisəsi) direktoru Fariz İbrahimlinin adını ölkədən çıxmasına qadağa qoyulanların siyahısına daxil edib. Buna səbəb bir neçə min manat vergi borcunun vaxtında ödənilməməsidir.
“Property İnvestments” 2015-ci ildə Bakıda tikilən 9 yaşayış kompleksinin qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə yaradılıb. Şirkətin məlumatına görə, onların ümumi sahəsi 77 min kv metrdir. Bunlar yeraltı qarajlar, qeyri-yaşayış və anbar sahələridir.
Nazirlik sentyabrda “Akkord”un daha bir təmsilçisi –“Akkord Beton” MMc-nin direktoru Uğur Babayevin də ölkədən çıxmasına qadağa qoyub. Bundan sonra borc məbləği 448 mindən 158 min manata azalıb.
Qeyd edək ki, oktyabrın 31-i üçün 645 şirkətin rəhbərinin ölkədən çıxmasına qadağa qoyulub. 08D
-
- İqtisadiyyat
- 2 Noyabr 2016 11:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz