ВР Qafqaz Universitetinə 11 müasir laboratoriya verib
Bazar ertəsi Qafqaz Universitetində mexaniki mühəndislik üçün 11 müasir laboratoriya açılıb. Onlar BP şirkətinin vəsaitləri ilə yaradılıb.
Açılış mərasimində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel, ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak edib.
BP şirkəti laboratoriyalar üçün 1,3 milyon dollar həcmində vəsait xərcləyib.
Bu məbləğ də daxil olmaqla, BP şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakültənin açılması və 16 laboratoriyanın qurulmasında yardım edən layihələrə 2,5 milyon dollardan artıq vəsait yatırıb.
Qordon Birrel bildirib ki, BP şirkəti yerli bacarıq və imkanların inkişaf etdirilməsinin , xüsusən də neft və qaz sahəsi ilə bağlı peşələr üçün dəstəklənməyə ehtiyac olduğunu hesab edir. O qeyd edib ki, şirkət dünya səviyyəli yerli mütəxəssislərin və işçi qüvvəsinin yetişdirilməsi istiqamətində SOCAR-ın və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq edib.
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 11:27
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 11:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz