Statoil və Total TANAP layihəsinə daxil olmağa risk etməyib
Bu günlərdə Bakıda xarici şirkətlərin Transanadolu qaz kəməri (TANAP) layihəsinə daxil olması barədə saziş imzalanacaq.
Saziş ARDNŞ ilə Britaniyanın ВР (“Şahdəniz” layihəsinin operatoru) şirkəti arasında imzalanacaq.
ARDNŞ-dəki mənbə Turan agentliyinə bildirib ki, xarici şirkətlərin arasında Norveçin Statoil və Fransanın Total şirkətləri olmayacaq. Onlar TANAP-da 12% və 5% paya iddialı idi.
Agentliyin müsahibi deyib ki, “bu şirkətlər üzərlərinə əlavə risklər götürmək istəməyib”. ARDNŞ təmsilçisi izah edib ki, hər iki şirkət “Şahdəniz” layihəsinin iştirakçısıdır. Amma “Şahdəniz”in dərinsulu hissəsinin işlənməsi xeyli kapital ($25 mlrd) tələb edir. Bundan başqa, onlar TAP layihəsinin “Şahdəniz 2” ixrac qrupuna (ARDNŞ, BP, Statoil, Total) daxildir. “Statoil və Total hesablayıb ki, onların TANAP-da da iştirakı əlavə maliyyə yüküdür və risk etməyiblər”, - deyə mənbə bildirib.
Bundan sonra TANAP layihəsində 68% ARDNŞ-yə (operator), 20% - BOTAS və 12% - ВР-yə məxsusdur.
* TANAP kəmərinin ilk mərhələdə gücü 16 mlrd m3 olacaq. Tikintisinə 2015-ci ildə başlanılacaq. TANAP layihəsinin qiyməti ƏDV-siz 10 mlrd dollar olacaq. –12В--
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 11:25
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 11:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz