- İqtisadiyyat
- 15 May 2014, 11:31
- 177
VTB (Azərbaycan) 11 000 manatadək olan nağd kreditlər üzrə faizləri endirdi
VTB (Azərbaycan) 11 000 manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrini aşağı salınmasına dair aksiya keçirir. Aksiya 2014-cü ilin avqustun 1-dək davam edəcəkdir.
Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınmışdır. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi - 26 % olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.
Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv etmişdir. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.
* Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
®
-
- Cəmiyyət
- 15 May 2014 11:27
-
- Söz istəyirəm
- 15 May 2014 11:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz