«VTB-Azərbaycan»ın kapitalı 18,6% azalıb
2016-cı ilin 9 ayında «Bank VTB” (Azərbaycan)ın aktivləri ötən ilin eyni dövrünə nisbətən 16,7% (61 mln 972 min manat) artaraq 431 mln 933 mln манат olub.
Turan-ın məlumatına görə, bankınöhdəlikləri 395 mln 28 min manat (70 mln 413 min manat – 21,7%) artıb.
«Bank VTB” (Azərbaycan)ın AMB-yə borcu 3 dəfə artaraq, 30 mln manat olub.
Bankın depozitləri 23,7% (11 mln 132 min manat) artaraq 57 mln 993 min manata çatıb.
Depozitlərin strukturunda hüquqi və fiziki şəxslərin tələb olunanadək depzoitləri 6 mln 780 min manat, hüquqi və fiziki şəxslərin müddətli depozitləri 51 mln 213 min manat olub.
Bankın kapitalı ötən ilin eyni dövrünə nisbətən 18,6% (8 mln 441 min manat) azalaraq, 36 mln 905 min manat olub. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz