ВТС ilə Azərbaycan neftinin nəqli ilin əvvəlindən 2% azalıb
Avqustda Ceyhan limanında 2 mln 205,834 min ton Azərbaycan nefti nəql edilib. İyulda bu göstərici 2 mln 382,065 min təkil edib. Azərbaycan neftinin yüklənməsi 7,4% azalıb.
SOCAR-ın məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 19 mln 157,662 min ton Azərbaycan nefti nəql edilib. Bu, ötən ilin eyni dövründəkindən 2,2% azdır.
Boru kəməri istismara veriləndən (4 iyun 2006) 1 sentyabr 2015-ci ilə kimi nəql həcmi 282 mln 982,359 min ton olub, deyə SOCAR bildirir.
Bundan başqa, ВТС ilə 347,05 min ton türkmən və qazax nefti də nəql olunub.
ВТС istismara veriləndən Ceyhan limanında 280 mln 837,886 min ton Azərbaycan nefti yüklənib. –12B--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 14:34
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 14:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz